Ana Sayfa > Karusel / Siyasət / Dünya > Ərdoğanla Baydenin telefon danışığında F-16 məsələsi...

Ərdoğanla Baydenin telefon danışığında F-16 məsələsi...


30-05-2023, 10:53. Yazar: Admin

Ərdoğanla Baydenin telefon danışığında F-16 məsələsi...

 

ABŞ prezidenti Co Baydenlə yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detalları məlum olub.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı F-16 və İsveçin NATO-ya daxil olması məsələləri müzakirə edilib.

 

“Mən Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16 məsələsi üzərində işləmək istəyir. Mən ona dedim ki, biz İsveçlə müqavilə bağlamaq istəyirik və bunu edək. Və yenidən bir-birimizlə əlaqə saxlayacağıq" - Bayden bildirib.

 

Qeyd edək ki, Bayden telefon danışığı zamanı Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edib.(Modern.az)


Geri dön