Ana Sayfa > Karusel / Gündəm > Laçının yeni siması müstəqilliyimizin möhkəmliyini göstərir - Deputat
Laçının yeni siması müstəqilliyimizin möhkəmliyini göstərir - Deputat29-05-2023, 15:16. Yazar: Admin |
“Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir”. “İlk 20 ailə artıq dünəndən Laçında yerləşdirildi və cənab Prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. İyun ayının sonuna qədər əlavə bir çox ailələrin də məskunlaşacağı planlaşdırılır. Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin, həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, 1 Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu. İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaq”, – deputat əlavə edib.
Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar. Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq və onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması müstəqil respublikamızın gücünün bir daha göstəricisidir. Cənab prezidentimizin də qeyd etdiyi kimi, “Bu gün nə müstəqillikdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq””. Geri dön |