Ana Sayfa > Karusel / Cəmiyyət > Taksi sürücüsü sərnişini maşından atdı - Telefonu götürüb qaçdı

Taksi sürücüsü sərnişini maşından atdı - Telefonu götürüb qaçdı


29-05-2023, 14:56. Yazar: Admin

 

Taksi sürücüsü sərnişini maşından atdı - Telefonu götürüb qaçdı

Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib. 

 

DİN-in Mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, hadisə mayın 27-nə keçən gecə rayon ərazisində qeydə alınıb. Belə ki, taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Geri dön