Ana Sayfa > Karusel / Siyasət / Dünya > Paşinyan Türkiyədəki seçkilərdən DANIŞDI - Yeganə yol sülhdür...

Paşinyan Türkiyədəki seçkilərdən DANIŞDI - Yeganə yol sülhdür...


29-05-2023, 12:25. Yazar: Admin

 

Paşinyan Türkiyədəki seçkilərdən DANIŞDI - Yeganə yol sülhdür...

"Ümid edirəm ki, Türkiyədə prezident seçkilərindən sonra İrəvan və Ankara münasibətlərin normallaşması prosesini davam etdirəcək".

 

Qarabaqinfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

 

O bildirib ki, Rusiya, Avropa İttifaqı, İran və Gürcüstan kimi tərəfdaşlarla əlaqələrin inkişafı da gündəmdədir.

 

Paşinyan həmçinin regionda və dünyada “qeyri-adi vəziyyətin” yarandığını xatırlamağa çağırıb: "Bir daha vurğulayıram ki, Ermənistanın xarici təhlükəsizliyini təmin etməyin yeganə yolu sülhdür".


Geri dön