Ana Sayfa > Karusel / Manşet > Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub


28-05-2023, 18:23. Yazar: Admin

Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub

Bu gün Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

XİN-dən verilən xəbərə görə, Özbəkistan naziri Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.

 

 

Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.


Geri dön