Ana Sayfa > Karusel / Manşet > Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib28-05-2023, 12:43. Yazar: Admin |
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna XİN "Twitter"də paylaşım edib.
"Azərbaycanı və Azərbaycan XİN-i Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstəyimiz həmişə bizim prioritetimiz olacaq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!", - deyə Ukrayna XİN bildirib. Geri dön |