Ana Sayfa > Karusel / Dünya > “Rolls-Royce” rekord həddə zərərə uğrayıb
“Rolls-Royce” rekord həddə zərərə uğrayıb27-08-2020, 15:06. Yazar: Admin |
Böyük Britaniyanın tanınmış “Rolls-Royce” (RR) şirkəti bu ilin birinci yarısında rekord həddə - 5,1 milyard funt məbləğində (vergi nəzərə alınmır) maliyyə itkisi ilə üzləşib. Qarabaginfo.az xəbər verir ki, hazırda istehsalın ən böyük dəyişikliyini həyata keçirən şirkət ötən gün Böyük Britaniyada 3 min iş yerini ixtisar etmək üçün Nottigamşir və Lankaşir qəzalarındakı müəssisələrini bağlayacaqlarını açıqlayıb. Bütövlükdə, koronavirus pandemiyası üzündən təyyarə bazarındakı dəyişikliklərə uyğunlaşmaq üçün dünya üzrə əməkdaşlarının 17 faizini, yəni 9 minini ixtisar etməyə hazırlaşan şirkət bununla da illik 1,3 milyard funt vəsaitə qənaət etməyi hədəfləyir. “Report” Geri dön |