Ana Sayfa > Karusel / Manşet > BQXK: Bu gün Laçın-Xankəndi yolu ilə 15 xəstə və onların ailə üzvləri təxliyə olunub

BQXK: Bu gün Laçın-Xankəndi yolu ilə 15 xəstə və onların ailə üzvləri təxliyə olunub


26-05-2023, 19:21. Yazar: Admin

BQXK: Bu gün Laçın-Xankəndi yolu ilə 15 xəstə və onların ailə üzvləri təxliyə olunub

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın - Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.

Qarabaginfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, bu gün humanitar neytral vasitəçi rolunda çıxış edərək, 15 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə edilməsinə yardımçı olublar.


Geri dön