Ana Sayfa > Karusel / Dünya > Davutoğlu Özdağın daxili işlər naziri olmasını İSTƏMİR
Davutoğlu Özdağın daxili işlər naziri olmasını İSTƏMİR25-05-2023, 15:17. Yazar: Admin |
Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu dağılmış "ATA İttifaqı"nın üzvü olmuş, ikinci turda "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edən Zəfər Partiyasının sədri Ümit Özdağın daxili işlər naziri postunu istəməsinə münasibət bildirib.
Qarabaqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, belə bir mövzunun müzakirə olunmadığını deyib.
"Nazirliklər məsələsi "Millət İttifaqı"ndakı 6 partiyanın liderləri arasında müzakirə edilmədən başqa heç kimlə müzakirə edilə bilməz. Belə bir sövdələşməyə Kılıçdaroğlu getməz, biz də bunu qəbul etmərik. Özdağ deyib. Bəzən siyasi liderlər könlündən keçənləri deyər. Onunla bir çox fikirlərimiz üst-üstə düşmür. Lakin bu, müzakirələr aparmağımıza əngəl deyil. Biz Kılıçdaroğlu ilə görüşüb Özdağla imzalanan protokolu yenidən gözdən keçirdik. Fərqli düşündüyümüz şeylər var", - o qeyd edib.
Xatırladaq ki, Özdağ belə bir tvit atmışdı: "Söz verirəm ki, suriyalıları daxili işlər naziri olaraq ölkədən yollayacağam. Bu gün saat 11:00-ı gözləyin".
Daha sonra CHP Özdağa nazir postu verilməsi barədə razılıq əldə olunması barədə məlumatları təkzib edib. Özdağ da məsələyə belə aydınlıq gətirib: "Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil. Amma deyim ki, mən bu postu istəyərəm". Geri dön |