Ana Sayfa > Karusel / Dünya > Rusiya isveçli diplomatları ölkədən çıxarır

Rusiya isveçli diplomatları ölkədən çıxarır


25-05-2023, 13:39. Yazar: Admin

 

Rusiya isveçli diplomatları ölkədən çıxarır

Rusiya 5 İsveç diplomatını "persona non-qrata" elan edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu gün İsveçin Rusiyadakı səfiri Milena Mard XİN-ə çağırılıb. Stokholm 2023-cü il sentyabrın 1-dən etibarən Rusiya Federasiyasının İsveçin Goteborq şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırdığını elan edib.

 

Rusiya tərəfi də İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb. Bundan əlavə, Rusiya İsveçin Moskvadakı səfirliyinin müdafiə attaşesi də daxil olmaqla, 5 İsveç diplomatını "persona non-qrata" elan edib. Onlar Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər.


Geri dön