Ana Sayfa > Karusel / Region > HDP və YSP toplanır - Mövqeyimizi açıqlayacağıq

HDP və YSP toplanır - Mövqeyimizi açıqlayacağıq


24-05-2023, 16:01. Yazar: Admin

HDP və YSP toplanır - Mövqeyimizi açıqlayacağıq

 

Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) və Yaşıl Sol Partiya (YSP) İdarə Heyətinin toplantısını çağırıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə YSP-nin tviter səhifəsində məlumat verilib.

 

"HDP və YSP İdarə Heyəti olaraq ortaya çıxan son durumu dəyərləndirmək və mövqeyimizi ictimaiyyətə açıqlamaq üçün toplanırıq. Toplantıdan sonra yazılı açıqlama yayacağıq", - deyə bildirilib.

 

Qeyd edək ki, HDP və YSP parlament seçkilərinə "Əmək və Azadlıq İttifaqı" çərçivəsində qatılmışdı. Prezident seçkilərində bu ittifaq "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyib. İkinci turda da onu dəstəkləyəcəyini elan edib.

 

Bu gün Zəfər Partiyasının Kılıçdaroğlunu dəstəkləməsindən sonra bu siyasi qüvvənin tərəflər arasında imzalanan protokoldan narazı qaldığı barədə məlumatlar yayılmışdı.


Geri dön