Ana Sayfa > Karusel / Region > “Vaqner”in sahibindən Ukrayna ilə bağlı inanılmaz etiraflar

“Vaqner”in sahibindən Ukrayna ilə bağlı inanılmaz etiraflar


24-05-2023, 11:21. Yazar: Admin

“Vaqner”in sahibindən Ukrayna ilə bağlı inanılmaz etiraflar

"Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ukraynadakı müharibənin ilkin məqsədlərinə çatmadığını bildirib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, siyasi strateq Konstantin Dolqova müsahibəsində danışıb. 

O, "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) məqsədlərinin "denazifikasiya" və "demilitarizasiya" olduğunu xatırladıb. 

"Beləliklə, haqqında danışdığımız Ukraynanın denazifikasiyası... Biz Ukraynanı bütün dünyada hamının tanıdığı bir xalqa çevirdik... Ukrayna hər yerdə tanınan bir ölkəyə çevrildi", - Priqojin bildirib. 

O, "demilitarizasiya"nın da uğursuz olduğunu dilə gətirib: 

"Əgər xüsusi əməliyyat başlayanda onların şərti 500 tankı var idisə, indi onların 5000 tankı var. Onların məharətlə döyüşə bilən 20 min adamı varsa, indi 400 min nəfər döyüşməyi bilir. Biz onu necə demilitarizasiya etdik? Məlum oldu ki, bunun əksi baş verdi". 

"Vaqner" rəhbəri bu gün Ukrayna silahlı qüvvələrinin dünyanın ən güclü ordularından biri olduğunu etiraf edib. 

"Onlar yüksək təşkilatçılıq, yüksək hazırlıq səviyyəsinə, yüksək kəşfiyyat qabiliyyətinə, müxtəlif silahlara malikdirlər və üstəlik, istənilən sistemdə, sovet, NATO, nə olursa olsun, eyni dərəcədə uğurla işləyirlər", - Priqojin əlavə edib.(Yenisabah.az) 


Geri dön