Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan NATO rəsmisi ilə Azərbaycanla sərhədin demarkasiyasını müzakirə edib
Ana Sayfa > Karusel / Siyasət > Paşinyan NATO rəsmisi ilə Azərbaycanla sərhədin demarkasiyasını müzakirə edib

Paşinyan NATO rəsmisi ilə Azərbaycanla sərhədin demarkasiyasını müzakirə edib


23-05-2023, 17:35. Yazar: Admin

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki və Qarabağdakı vəziyyəti, Ermənistanla NATO arasında tərəfdaşlıq və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Dialoq əsnasında Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası, regionda təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məsələləri, Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə mövzusu olub(Apa).


Geri dön