Ana Sayfa > Karusel / Siyasət > Tacikistan Prezidenti: Xalqlarımızın maraqlarına cavab verən əlaqələrin dinamik inkişafından məmnunuq

Tacikistan Prezidenti: Xalqlarımızın maraqlarına cavab verən əlaqələrin dinamik inkişafından məmnunuq


23-05-2023, 15:53. Yazar: Admin

Tacikistan Prezidenti: Xalqlarımızın maraqlarına cavab verən əlaqələrin dinamik inkişafından məmnunuq

Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.

qarabaginfo.az xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.

“Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək”, - məktubda vurğulanır.


Geri dön