Ana Sayfa > Karusel / Region > Şəkidə mikroavtobus piyadanı vuraraq öldürüb

Şəkidə mikroavtobus piyadanı vuraraq öldürüb


27-08-2020, 12:47. Yazar: Admin

Şəkidə mikroavtobus piyadanı vuraraq öldürüb

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlərt Nazirliyinin Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, avqustun 26-da saat 16.00 radələrində Şəki şəhərinin Ə.Haqverdiyev küçəsində şəhər sakini Q.Məcidov idarə etdiyi “Ford” markalı xətt mikroavtobusu ilə yolu keçən həmyerlisi Solmaz Alxasovanı vurub. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki Şəhər Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.


Geri dön