“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamaq üçün lazım olan silah-sursata malikdir. Əməliyyata yaxın vaxtlarda başlanacaq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib.
“Lazımi silahımız var. Yalnız onu deyə bilərəm ki, əks-hücum yaxın vaxtlarda başlayacaq”, – Budanov vurğulayıb.
Budanov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri əməliyyatların uğurla davam etdirilməsi üçün hələ də möhkəm silah və sursat təchizatına ehtiyac duyur.(Azpost.info)