Ana Sayfa > Karusel / Cəmiyyət > Əsir-girovluqdan azad edilən azərbaycanlıların SAYI

Əsir-girovluqdan azad edilən azərbaycanlıların SAYI


23-05-2023, 11:09. Yazar: Admin

Əsir-girovluqdan azad edilən azərbaycanlıların SAYI

 

"Münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

 

Onun sözlərinə görə, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində erməni əsilli 181 nəfər təhvil verilib.

 

"Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib", - İsmayıl Axundov bildirib.


Geri dön