Ana Sayfa > Karusel / Siyasət > Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur
Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur22-05-2023, 17:14. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Məmmədov 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur. 1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub. Geri dön |