Ana Sayfa > Karusel / Gündəm > İşdən çıxarılan generalın yerinə TƏYİNAT

İşdən çıxarılan generalın yerinə TƏYİNAT


22-05-2023, 15:48. Yazar: Admin

İşdən çıxarılan generalın yerinə TƏYİNAT

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib. 

 

Bu barədə Qarabaginfo.az-a Xidmətdən məlumat verilib.

 

Azərbaycan Respublikası Prezidentinin 20 may 2023-cü il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib. 

 

Azərbaycan Respublikasının Prezidentinin digər Sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub. A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.


Geri dön