Ana Sayfa > Karusel / Dünya > Xameneinin yaxın adamı işdən çıxarıldı
Xameneinin yaxın adamı işdən çıxarıldı22-05-2023, 13:00. Yazar: Admin |
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani vəzifəsindən azad edilib.
Qarabaqinfo.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin çox yaxın adamlarından biri hesab edilən Şamxani bu vəzifəyə təxminən 10 il əvvəl gətirilib.
Baş katibin vəzifəsindən niyə azad edildiyi məlum deyil. Onun yerinə İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabitlərindən hesab edilən Əli Əkbər Əhmədian təyin edilib.
Şamxani 1997-2005-ci illərdə iki dəfə prezident Məhəmməd Hatəminin hökumətində müdafiə naziri olub. İranın siyasi spektrinin fəal simalarından biri olan Şamxani aprel ayında Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması prosesinə rəhbərlik edib. Geri dön |