Ana Sayfa > Karusel / Region > “Azərbaycanla razılaşmaq mümkün olmadı” - Paşinyandan sensasion açıqlama

“Azərbaycanla razılaşmaq mümkün olmadı” - Paşinyandan sensasion açıqlama


20-05-2023, 14:32. Yazar: Admin

“Azərbaycanla razılaşmaq mümkün olmadı” - Paşinyandan sensasion açıqlama

“İrəvan üçün prinsipial məsələlərdə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycanla razılaşmaq mümkün olmadı”. 

Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Qeyd olunur ki, Baş nazir Brüssel danışıqlarının nəticələrini müzakirə etmək üçün gözlənilmədən ölkə parlamentinə gəlib və partiyasının deputatları ilə qapalı iclas keçirib.

Ermənistanın Baş naziri İlham Əliyevlə gələcək görüşlər, habelə Rusiya və Moldovada danışıqların gündəliyi barədə heç nə deməyib.


Geri dön