Ana Sayfa > Karusel / Siyasət / Dünya > Frank-Valter Ştaynmayer: Almaniya ölkənizin etibarlı tərəfdaşı olacaq

Frank-Valter Ştaynmayer: Almaniya ölkənizin etibarlı tərəfdaşı olacaq


20-05-2023, 13:21. Yazar: Admin

Frank-Valter Ştaynmayer: Almaniya ölkənizin etibarlı tərəfdaşı olacaq

“Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaq”.

Qarabaginfo.az xəbər verir ki, bu, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda əksini tapıb.

Frank-Valter Ştaynmayer qeyd edib ki, çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı var: “Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik”.


Geri dön