Ana Sayfa > Karusel / Siyasət / Region > Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqladı
Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqladı19-05-2023, 17:11. Yazar: Admin |
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda dəstək əldə etmək üçün prezidentliyə namizəd Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, o bu barədə CNN-ə müsahibəsində bildirib. Dövlət başçısı millətinin güclü bir Türkiyə demokratiyası adına hərəkət edəcəyinə əmin olduğunu söyləyib.
“Mən bu şəkildə müzakirə etməyi sevən biri deyiləm”, - deyə o bildirib. Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb. Mayın 28-i ikinci tur baş tutacaq. Geri dön |