Ana Sayfa > Karusel / Region > Rusiya təyyarəsi 4 ildən sonra Tbilisiyə endi, etirazlar başladı

Rusiya təyyarəsi 4 ildən sonra Tbilisiyə endi, etirazlar başladı


19-05-2023, 16:23. Yazar: Admin

rusiya-teyyaresi-4-ilden-sonra-tbilisiye-endi-etirazlar-basladi

Xəbər verdiyimiz kimi, bu gün Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunub.

Qarabaginfo.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisi hava limanında eniş edib.

Bu, etirazlara səbəb olub. Aeroportda təyyarəni “Sizə burada görməyə şad deyilik”, “Rusiya təyyarəsi, get…” və s. plakatlarla qarşılayırlar. Hüquq-mühafizə orqanları əməkdaşları etirazçıları gəliş zalının girişinə buraxmır.

Tbilisinin mərkəzində də etirazçılar toplaşmaqdadır. Onların əllərində Ukrayna, Gürcüstan və Avropa Birliyinin bayraqları var.

Gürcüstan Prezidenti Salome Zurabişvili bunu arzuolunmaz uçuş adlandırıb. “Gürcüstan xalqının müqavimətinə baxmayaraq, Rusiya Tbilisidə arzuolunmaz uçuş həyata keçirdi”, - o tviterdə yazıb.

Qeyd edək ki, Moskvaya uçacaq ilk Gürcüstan aviaşirkəti isə “Georgian Airways” olacaq. Moskvaya reyslər həftədə yeddi dəfə həyata keçiriləcək.

 

 


Geri dön