Ana Sayfa > Karusel / Dünya > Deputatlığa namizəd qəzada həlak oldu

Deputatlığa namizəd qəzada həlak oldu


19-05-2023, 13:33. Yazar: Admin

 

Deputatlığa namizəd qəzada həlak oldu

 

 

Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərində "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının proporsional siyahılarından deputatlığa namizəd olmuş Ceren Gürkan yol qəzasında həyatını itirib.

 

Qarabaqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nevşehirdən namizəd olmuş Gürkanın içində olduğu avtomobil Ankaradakı Gölbaşı-Etimesqut yolunda qəza törədib.

 

Belə ki, hərəkətdə olan avtomobil yol kənarında parklanmış evakuatora çırpılıb. Sürücü yaralanaraq qəzadan sağ çıxsa da, C.Gürkan həlak olub.

 

Qeyd edək ki, "ATA İttifaqı" seçkilərdə minimal hədd olan 7 faiz səsi toplaya bilmədiyi üçün heç bir namizədi parlamentə düşə bilməyib.


Geri dön