Ana Sayfa > Karusel / Səhiyyə > M-in şöbə müdiri: Tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmalıdır
M-in şöbə müdiri: Tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmalıdır19-05-2023, 11:38. Yazar: Admin |
“Milli Məclisin qarşısında duran vacib məsələlərdən biri tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasıdır”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb. "Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur, lakin müasir dünyada hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də məhz, bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına). Daha ciddi problemlər də mövcuddur. Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, ailə üzvlərinin istəyinə əsasən, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar mütərəqqi müddəalarla zəngin olan bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır”, - o qeyd edib. Geri dön |