Ana Sayfa > Karusel / Region > Ermənistan Kəlbəcərdə silahlı döyüş PUA-ları tətbiq edib

Ermənistan Kəlbəcərdə silahlı döyüş PUA-ları tətbiq edib


18-05-2023, 10:13. Yazar: Admin

Ermənistan Kəlbəcərdə silahlı döyüş PUA-ları tətbiq edib

18 may 2023 09:04 (UTC +04:00)

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - məlumatda bildirilib.


Geri dön