Qarabaginfo.az xəbər verir ki, M.İnce seçki prosesində olmazın böhtan və şantajına məruz qaldığı növbəti dəfə xatırladıb. O, vaxtilə təmsil olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) ünvanına sərt ittihamlar səsləndirib:
“Mübarizədən çəkilməyim üçün ağlasığmaz üsullara əl atdılar. Bu kampaniyanın başında vaxtilə üzvü olduğum, yolunda əziyyət çəkdiyim CHP və onun rəhbər şəxsləri dayanırdı. CHP mənə qarşı PKK və FETÖ ilə birləşdi. Həm sağdan, həm də soldan hücumlara məruz qaldım. Cəmiyyətdə belə bir rəy yaratdılar ki, guya mən namizəd olmaqla müxalifətin qələbəsini tormozlayıram. Beləcə məni mübarizədən çəkindirməyə müvəffəq oldular. Amma türk xalqı “Altılı Masa” adlanan ittifaqın iç üzünü bildiyi üçün müxalifətə etimad göstərmədi. Bu seçkidə mənə qarşı edilənlər tarixə düşdü. Dünya hələ belə iyrənclik görməmişdi”.