Ana Sayfa > Karusel / Region > Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb

Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb


16-05-2023, 23:43. Yazar: Admin

Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb

Türkiyə Prezident seçkilərində “ATA” ittifaqının namizədi Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə, o, “Az önce konuştum” adlı verilişdə danışıb.

S. Oğan, onun tərəfdarlarının namizədlərdən birini dəstəkləməsi üçün təməl şərtlərinin qarşılanmasının vacib olduğunu qeyd edib. Bunlar arasında terrorla mübarizə, milliyətçiliyə sadiqlik və suriyalı miqrantların geri göndərilməsi kimi məsələlər var.

Bundan əlavə, siyasətçi dəstəkləyəcəyi namizədin seçkiləri qazandığı halda hökümətdə yer ala biləcəyini də vurğulayıb.


Geri dön