Azərbaycanın Heydər Əliyev adına Hərbi İnstitutunun kursantları ABŞ Hərbi Akademiyasında olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
“Səfirlik Azərbaycanın Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının aprel ayında Nyu-Yorkun Vest Poynt şəhərindəki ABŞ Hərbi Akademiyasına bir həftəlik səfəri zamanı çəkilmiş şəkillərini paylaşmaqdan məmnundur. Beynəlxalq Akademiya Mübadilə Proqramı çərçivəsində kursantlar ABŞ Hərbi Akademiyasını ziyarət etmişdilər”,- məlumatda qeyd edilib.