Ana Sayfa > Karusel / Region > Yeni parlamentin adaş deputatları: 31 Mehmet, 26 Mustafa...

Yeni parlamentin adaş deputatları: 31 Mehmet, 26 Mustafa...


16-05-2023, 21:54. Yazar: Admin

Modern.azModern.az

 

Türkiyədə mayın 14-də keçirilən parlament seçkiləri nəticəsində kimlərin deputat seçildiyi məlum olub.

 

Qarabaginfo.az xəbər verir ki, parlamentə seçilən deputatlardan 31-nin adı Mehmet, 26-nın adı isə Mustafadır.

 

Deputatlar arasında ən populyar adaları arasında Əli və Əhməd də diqqət çəkir. Belə ki, eyni adı daşıyan 16 nəfər parlamentdə mandat qazanıb.

 

Bundan başqa, yeni parlamentin 12 deputatının adı Həsən, 9-nun İsmayıl və Ömər, 8-nin adı İbrahim və Muratdır.

 

Qeyd edək ki, Türkiyə parlamentində təmsil olunan deputatların sayı 600-dür. 14 may seçkilərində TBMM-də ən çox deputat yerini hakim Ədalət və İnkişaf Partiyası qazanıb. Nəticələrə əsasən, AKP-dən 269, Cümhuriyyət Xalq Partiyasından (CHP) 168, Yaşıl Sol Partiyasından 62, MHP-dən 52, İYİ Partiyadan 43, Yenidən Rifah Partiyasından 5, Türkiyə İşçi Partiyasından (TİP) 4 millət vəkili yeni parlamentdə təmsil olunacaq.(Modern.az)


Geri dön