Ana Sayfa > Karusel / Sosial > Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı
Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı26-08-2020, 11:48. Yazar: Admin |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub. Qarabaginfo.az-ın xəbərinə görə, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb. Nazirliyin əməkdaşları binadan təxliyə olunublar. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib. Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb. FHN-dən bildirilib ki, yanğın söndürülüb. “Report” Geri dön |