Ana Sayfa > Karusel / Siyasət > Spiker: "Heydər Əliyev Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verib"
Spiker: "Heydər Əliyev Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verib"15-05-2023, 21:46. Yazar: Admin |
Heydər Əliyev Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgidə çıxışı zamanı deyib. Parlamentin sədri diqqətə çatdırıb ki, Heydər Əliyev ölkələrimiz arasında iqtisadi, enerji, humanitar, mədəni, elmi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün bütün potensial imkanlardan səmərəli istifadə etməyə nail olub. Milli Məclisin sədri Sahibə Qafarova müasir şəraitdə Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyinin təqdirəlayiq olduğunu deyib. O, hal-hazırda Azərbaycanla Rusiya arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyib. Sahibə Qafarova bildirib ki, bu gün Ümummilli Liderin bütün vəsiyyətləri müvəffəqiyyətlə həyata keçirilir. O, qeyd edib ki, Azərbaycan regionun güclü dövlətlərindən birinə və etibarlı siyasi, iqtisadi tərəfdaşa çevrilib. Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna rolunu vurğulayaraq, bildirib ki, onun rəhbərliyi altında postsovet məkanında ən uzun sürən və faciəli münaqişələrdən birinə son qoyuldu. Parlamentin spikeri nəzərə çatdırıb ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bildi. Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazilərinin dirçəldilməsi və işğalçılar tərəfindən dağıdılmış tarixi şəhər və kəndlərin bərpası istiqamətində məqsədyönlü işlər görülür. Geri dön |