Ana Sayfa > Karusel / Dünya > Çexiya Prezidenti Ukraynadakı münaqişənin Çinin köməyi ilə həll olunacağına ümid edir
Çexiya Prezidenti Ukraynadakı münaqişənin Çinin köməyi ilə həll olunacağına ümid edir15-05-2023, 21:36. Yazar: Admin |
Çin Rusiyanın müharibəyə başladığı ilk aylarda və ya həftələrdə Ukraynada vəziyyətin normallaşmasına töhfə verə bilərdi. Qarabaginfo.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib. Onun sözlərinə görə, Pekinin səyləri indiki şəraitdə də kömək edə bilər. Prezident bildirib ki, bu, müəyyən vaxt aparacaq. “Çin bu münaqişənin qarşısını ilk həftələrdə və ya aylarda ala bilərdi. Çox ümumi bir plan təklif etdilər, lakin onu həyata keçirmədilər. Sadəcə bir şey təqdim etmək üçün onu irəli sürdülər", - deyə Pavel bildirib. Çexiya Prezidenti ümid etdiyini bildirib ki, bu məsələ Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hueyin Avropa turu çərçivəsində Asiya ölkəsinin bu məsələyə daha ciddi yanaşmasına zəmin yaradacaq. Geri dön |