Ötən gün Türkiyədə keçirilən prezident seçkilərində rəqibini təxminən 5% səslə üstələyən dövlət başçısı Rəcəb Tayyip Erdoğanın ən çox səsi hansı şəhərdən aldığı məlum olub.
Qarabaginfo.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bayburtulular Ərdoğana yüksək etimad göstərib. Hazırkı Prezident Bayburtda seçicilərin 78,86% səsini alaraq, ən yaxın rəqibini böyük fərqlə geridə qoyub.
Ərdoğan ardıcıl olaraq Gümüşhane, Rize, Yozgat, Çankırı, Kahramanmaraş və Aksarayda da seçicilərin 71%-dən çoxunun səsini almağı bacarıb.