Ana Sayfa > Karusel / Region > Astarada elektrik stansiyası yağış suları ilə dolub

Astarada elektrik stansiyası yağış suları ilə dolub


15-05-2023, 16:29. Yazar: Admin

 

Astarada elektrik stansiyası yağış suları ilə dolub

Mayın 14-dən başlayaraq Astara rayonunda yağan intensiv yağışlar nəticəsində Astara Modul Tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi yağış suları ilə dolub.

 

Nazirlikdən Qarabaqinfo.az-a verilən məlumata görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub.

 

Hazırda suçəkmə və digər təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

 


Geri dön