Ana Sayfa > Karusel / Dünya > İmran Xanın həyat yoldaşı da azadlığa buraxıldı

İmran Xanın həyat yoldaşı da azadlığa buraxıldı


15-05-2023, 16:11. Yazar: Admin

İmran Xanın həyat yoldaşı da azadlığa buraxıldı

 

Pakistanın Lahor şəhərinin məhkəməsi keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibini sərbəst buraxıb.

 

Qarabaqinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, girov müqabilində azad edilib.

 

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunur. İddialara görə, onlar “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər.

 

İmran Xan mayın 9-da saxlanılıb, lakin 3 gün sonra azadlığa buraxılıb.


Geri dön