Ana Sayfa > Karusel / Dünya > Baydendən Türkiyədəki seçkilərə qəribə REAKSİYA
Baydendən Türkiyədəki seçkilərə qəribə REAKSİYA15-05-2023, 14:27. Yazar: Admin |
ABŞ Prezidenti Co Bayden Türkiyədə keçirilən prezident və parlament seçkilərinə münasibət bildirib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Ümid edirəm, kim qazanırsa, qazansın. Dünyanın o hissəsində kifayət qədər problem var”, - deyə Bayden velosiped turu zamanı jurnalistlərlə söhbətində bildirib.
Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə əsasən, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb. Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçilib. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib. Geri dön |