Ana Sayfa > Karusel / Siyasət > Brüssel görüşündə Bakının Qarabağdakı ermənilərlə dialoqu müzakirə edilib

Brüssel görüşündə Bakının Qarabağdakı ermənilərlə dialoqu müzakirə edilib


14-05-2023, 22:04. Yazar: Admin

İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçiriblər - YENİLƏNİB + VİDEO

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşündə rəsmi Bakının Qarabağda yaşayan ermənilərlə dialoqu məsələsi müzakirə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonrakı bəyanatında bildirilib:

“Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim. Mən həmçinin Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoq aparılmasına olan ehtiyacı qabartdım”, - Şarl Mişel qeyd edib.


Geri dön