Ana Sayfa > Karusel / Manşet > Seçkinin ilkin nəticələri nə vaxt açıqlanacaq?

Seçkinin ilkin nəticələri nə vaxt açıqlanacaq?


14-05-2023, 19:20. Yazar: Admin

Seçkinin ilkin nəticələri nə vaxt açıqlanacaq?

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri ilə bağlı məlumatlar Bakı vaxtilə saat 22:00-a qədər yayımlana bilməz.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Radio və Televiziya Üst Şurasının sədri Ebubekir Şahin bildirib.

Onun sözlərinə görə, qadağa Türkiyə Yüksək Seçim Qurumunun qərarı ilə dəyişə bilər.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.


Geri dön