Ana Sayfa > Karusel / Manşet > “Dünyanın ən uzun adamı” da səs verdi

“Dünyanın ən uzun adamı” da səs verdi


14-05-2023, 17:13. Yazar: Admin

dunyanin-en-uzun-adami-da-ses-verdi

Türkiyənin Mardin şəhərində yaşayan 2 metr 51 santimetr boyu ilə “dünyanın ən uzun adamı” adına sahib olan Sultan Kösen də prezident və parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Qarabaginfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kösen Mardinin Derik rayonunun Alibəy məhəlləsində səs verib.

Kösen açıqlamasında “Ölkəmiz üçün xeyirli, uğurlu olsun, inşallah”, - deyib.


Geri dön