Ana Sayfa > Karusel / Region > Məşhurlar kimə səs verdiklərini AÇIQLADILAR
Məşhurlar kimə səs verdiklərini AÇIQLADILAR14-05-2023, 16:18. Yazar: Admin |
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesində sadə vətəndaşlar və siyasətçilərlə yanaşı, tanınmış sənətçilər də iştirak edirlər.
Qarabaginfo.az xəbər verir ki, məşhurlardan bəziləri sosial şəbəkə hesablarında kimə səs verdiklərini açıqlayıblar.
Məşhur futbolçu Məsut Özil tvitter hesabında Ərdoğanla fotosunu paylaşaraq “Hər zaman sizinləyik, cənab prezident” qeydini yazıb.
Aktrisa Rojda Demirer sosial media hesabında "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu dəstəklədiyini yazıb.
Müğənni Alişan isə Ərdoğana dəstəyini ifadə edib: "Prezidentimizi tanımağımdan 26 il keçdi. Mən heç vaxt qalib gəlmək üçün son dəqiqəyə qədər gözləyib yazanlardan olmamışam. Bazar günü daha bir qələbə ilə tarix yazacağıq. O gün sizinlə idim və bu gün də yanınızdayam. Bir səsim var və o da cənab Ərdoğana... Sona qədər uğurlar"
Aktrisa Demet Akbağ "Milli İttifaqı"nın namizədinə dəstək verib.
Məşhur komediya ustası Cem Yılmaz da CHP liderini seçdiyini bildirib.
Müğənni Doğuş isə Ərdoğanın prezident seçilməsini istəyir. "Səninləyik, prezidentim, Allahu Əkbər" yazan ifaçı Rəcəb Tayyib Ərdoğanın tvitter hesabını işarələyib.
Keçmiş model Tuğçe Kazaz da prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana dəstək olub.
O hesabında yazıb: "Ey vəhşi Qərb! Sizcə, Ərdoğanı göndərməklə bu milləti dayandıra bilərsinizmi? Ərdoğan bu millətin ancaq ayaq izi idi. İndi millət gəlir, millət!”
Məşhur rok qrupu Duman sosial media hesabında Kılıçdaroğluna dəstəyini ifadə edib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.(modern.az) Geri dön |