Ermənistan Baş naziri Nikol Paşinyan Belçikaya işgüzar səfərə gedib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilir ki, o, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə ikitərəfli görüş keçirəcək. Paşinyan Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.