Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında uğurlu əks-hücum keçirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahında iclası zamanı bildirib.
"Biz general Sırskinin hesabatını dinlədik, onun bölmələri əlavə səylə düşməni dayandırdı və hətta onu bəzi istiqamətlərə geri atdı", - prezident deyib.