Ana Sayfa > Karusel / Qarabağ > MN: Ermənistan silahlı qüvvələri Zod istiqamətində zərbə PUA-ları tətbiq edir

MN: Ermənistan silahlı qüvvələri Zod istiqamətində zərbə PUA-ları tətbiq edir


12-05-2023, 13:57. Yazar: Admin

Müdafiə Nazirliyi

 

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur", məlumatda deyilir.


Geri dön