Ana Sayfa > Karusel / Region > İstanbulda tarixi “Qız Qalasının” bərpadan sonra açılışı olub
İstanbulda tarixi “Qız Qalasının” bərpadan sonra açılışı olub12-05-2023, 10:46. Yazar: Admin |
İstanbulda tarixi “Qız Qalasının” (Kız Kulesi) bərpa işlərindən sonra açılışı olub. Qarabaginfo.az xəbər verir ki, açılış çərçivəsində şəhər sakinləri və turistlərə qalanın üzərində proyeksiya olunmuş işıq və lazer-şou təqdim olunub. Minlərcə insan nümyaşi izləmək üçün İstanbulun Üsküdar rayonundakı Salacak sahilinə üz tutub. Qeyd edək ki, açılışla əlaqıdar mayın sonunadək “Qız Qalası”nı ziyarət etmək ödənişsizdir. 2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa işləri ilə qalanın interyeri, eksteryeri, estakadası və ətrafı abadlaşdırılıb. Geri dön |