Ana Sayfa > Karusel / Siyasət / Region > İncenin elektoratı bizə səs verəcək - Sinan Oğan

İncenin elektoratı bizə səs verəcək - Sinan Oğan


12-05-2023, 10:36. Yazar: Admin

İncenin elektoratı bizə səs verəcək - Sinan Oğan

 

Türkiyədə ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan dünən namizədlikdən geri çəkilən Muharrem İncenin tərəfdarları barədə danışıb.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğlan İncenin elektoratının ona səs verəcəyini iddia edib.

 

"İncenin elektoratının ana gövdəsi, əsas hissəsi bizə gələcək, bizə səs verəcək", - Oğan deyib.

 

Qeyd edək ki, dünən partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

 

 "Metropoll" araşdırma mərkəzinin İnceyə səs vermək niyyətində olan seçicilərin hansı namizədlərə yönələ biləcəyi ilə bağlı rəy sorğusunun nəticələrinə görə, Muharrem İnceyə səs verəcəyini deyən respondentlərin (cəmi 1.2 faiz) 49.3 faizi Kemal Kılıçdaroğluna, 22.3 faizi Rəcəb Tayyib Ərdoğana da səs verə biləcəyini söyləyib. İnceni dəstəkləyən respondentlərin 5.3 faizi qərarsız olduğunu, 21.2 faizi səs verməyə getməyəcəyini, 1.9 faizi isə bu barədə hər hansı cavabı olmadığını deyib.


Geri dön