Ana Sayfa > Karusel / Qarabağ > Sərhəddəki təxribatın arxasında Rusiya dayanır - ŞOK AÇIQLAMA
Sərhəddəki təxribatın arxasında Rusiya dayanır - ŞOK AÇIQLAMA11-05-2023, 14:27. Yazar: Admin |
![]() Ermənistan ordusu yenidən təxribatlara əl atıb. Ötən gün axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Sərhəddə baş verən hadisələri Qarabaqinfo.az-a şərh edən deputat Nəsib Məhəməliyev təxribatın arxasında Rusiyanı dəstəkləyən qüvvələrin dayandığını düşünür.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qərbin vasitəçiliyinə birmənalı baxmır.
Sərhəd təxribatının məqsədinə gəlincə, N.Məhəməliyev bunun Brüssel görüşünü əngəlləmək niyyətilə bağlı olduğunu hesab edir:
"Təxribatın arxasında Rusiyaya bağlı olan qüvvələr dayanır. Bu yaxınlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda görüşdü. Həmin danışıqlarda müəyyən müsbət addımların olması diqqət çəkdi. Bundan sonra qərara gəlindi ki, kollektiv Qərbin formatı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə davam etsin. Rusiya maraqlı deyil ki, indiki halda dayanıqlı sülh əldə olunsun. Azərbaycanla Ermənistan arasında daimi sülhün olması o deməkdir ki, Rusiyanın ənənəvi Qafqaz siyasəti birnöv başa çatmış olur. Çünki böyük sülh müqaviləsi imzalansa, Qarabağda olan sülhməramlılara ehtiyac qalmır. Bu baxımdan Rusiya mövcud vəziyyətin qalmasında maraqlıdır. Rəsmi Moskvanın təklifi ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilərin statusu məsələsi gələcəyə saxlanılsın. Qərbin təklifi isə münaqişənin Azərbaycanın sərhədlərinin tanınması ilə sonlanmasından ibarətdir. Dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması əsas prinsipdir. Ümumiyyətlə, Rusiyanın təklifi gələcəkdə Azərbaycana problem yarada bilər".
Geri dön |