Ana Sayfa > Karusel / Gündəm > 4 ayda pensiya təyin edilənlərin SAYI

4 ayda pensiya təyin edilənlərin SAYI


11-05-2023, 11:13. Yazar: Admin

 

4 ayda pensiya təyin edilənlərin SAYI

2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaqinfo.az-a bildirilib ki, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.

 

Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

 

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.


Geri dön