Ana Sayfa > Karusel / Region > Gürcüstan Prezidenti Putinin qərarına ETİRAZ ETDİ

Gürcüstan Prezidenti Putinin qərarına ETİRAZ ETDİ


10-05-2023, 15:57. Yazar: Admin

Gürcüstan Prezidenti Putinin qərarına ETİRAZ ETDİ

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya Prezidenti Vladimir Putinin gürcülər üçün viza rejimini ləğv etməsinə dair qərarına etiraz edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Zurabişvili qərarı qəbuledilməz adlandırıb.

 

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər.(Modern.az)


Geri dön